“Maklaren” komandasının pilotu Lando Norris Formula 1 üzrə Niderland Qran-prisini vaxtından əvvəl başa vurub.
90deqiqe.Az-ın məlumatına görə, Böyük Britaniyalı sürücü finişə yeddi dövrə qalmış kokpitdə tüstü qoxusundan şikayətlənib. Bir qədər sonra isə onun bolidində mühərrik sıradan çıxıb və Norris mübarizəni dayandırmağa məcbur olub.
Hazırda şəxsi təsnifatda birinci pillədə 284 xalla məhz Piastri qərarlaşıb. İkinci yerdə 275 xalla Lando Norris mövqelənib. İlk üçlüyü isə “Red Bull” pilotu, niderlandlı Maks Verstappen tamamlayır — 187 xal.