40 yaşlı yeddiqat dünya çempionu, hazırda “Ferrari” komandasının pilotu olan britaniyalı Luis Hamilton Formula 1 üzrə Niderland Qran-prisini vaxtından əvvəl başa vurub.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli sürücü üçüncü döngədə bolidini baryerə çırparaq mübarizədən kənarda qalıb.
Şəxsi təsnifatda da ilk pillədə məhz Piastri qərarlaşıb – onun aktivində 284 xal var. İkinci yerdə 275 xalla komanda yoldaşı Lando Norris qərarlaşıb. İlk “üçlüy”ü isə “Red Bull” sürücüsü, niderlandlı Maks Ferstappen tamamlayır – 187 xal.