Azxeber.com saytından alınan məlumata görə, ain.az bildirir.
Böyük Britaniyanın Misirin paytaxtı Qahirədə yerləşən səfirliyi müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Bu barədə səfriliyin səhifəsində paylaşım edilib.
Bildirilib ki, buna səbəb Misir hakimiyyətinin səfirliyin əsas binasını mühafizə edən təhlükəsizlik qüvvələrini geri çəkməsi olub.
"Binanın fəaliyyəti yalnız vəziyyət dəyişdikdən sonra bərpa olunacaq”, - məlumatda qeyd olunub.
Misir tərəfi hadisəyə hələ münasibət bildirməyib.
/APA
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.