AZ

Pakistan və Ermənistan RAZILIĞA GƏLDİLƏR

Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və Pakistan İslam Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İşaq Dar Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalayıblar.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İmzalanma mərasimi Çin Xalq Respublikasının Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutub.

Bu kommünikenin imzalanması ilə Ermənistan və Pakistan arasında rəsmi diplomatik münasibətlər qurulur. Hər iki ölkənin hökumətləri BMT Nizamnaməsinə uyğun olaraq dostluq münasibətlərini inkişaf etdirməyə çalışacaqlar.

Bu prinsiplərə aşağıdakılar daxildir:

Seçilən
5
publika.az

1Mənbələr