AZ

Merts: Ukraynada müharibə hələ uzun müddət davam edəcək

Müharibələr ya “tərəflərdən birinin hərbi məğlubiyyəti”, ya da “iqtisadi və yaxud hərbi tükənmə” ilə başa çatır.

News24.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merts mediaya müsahibəsində belə deyib.

O bildirib ki, Ukrayna münaqişəsi ilə bağlı bu hallardan heç biri müşahidə olunmur.

F.Merts deyib ki, hazırkı diplomatik səylər müharibəni dayandırmağa yönəlib, lakin bu, "Ukraynanın təslimiyyəti bahasına" başa gəlməməlidir: "Axı o, müstəqilliyini itirsə, növbəti qurban başqa ölkə olacaq və sabah da növbə bizə çatacaq. Bu, variant deyil".

Kansler onu da bildirib ki, hazırda Almaniyada “heç kim Ukraynada quru qoşunları göndərməkdən danışmır”. Kiyevin təhlükəsizliyini təmin etmək üçün müttəfiqlər Ukrayna ordusuna uzun müddət dəstək vermək niyyətindədirlər.

Seçilən
101
news24.az

1Mənbələr