AZ

Merz Ukrayna müharibənin uzun müddət davam edəcəyini deyib

Almaniya kansleri Fridrix Merz hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi uzun müddət davam edəcək.

APA xəbər verir ki, o, bu barədə ZDF telekanalına müsahibəsində bildirib.

"Biz bunu mümkün qədər tez bitirməyə çalışırıq. Amma əlbəttə ki, Ukraynanın kapitulyasiyası bahasına deyil", - o qeyd edib.

Kansler həmçinin müharibənin bitməsinə ümidini itirmədiyini, lakin Ukraynada müharibənin uzun müddət davam etməsinə də hazır olduqlarını deyib.

Merzin fikrincə, Ukrayna təslim olarsa və müstəqilliyini itirərsə, müharibə sabah bitə bilər, lakin o zaman müharibə növbəti ölkəni təhdid edəcək.

"Yalnız bundan sonra, sabahkı gün növbə başqa bir ölkəyə çatacaq. Digər gün isə növbə bizə çatacaq. Bu, seçim deyil", - kansler əlavə edib.

Seçilən
56
2
apa.az

4Mənbələr