Misli Premyer Liqasının III turunda "Karvan" "Qarabağ"a 0:2 hesabı ilə uduzub.
Offsideplus.az xəbər verir ki, Yevlax təmsilçisinin baş məşqçisi Azər Həşimov oyundan sonra keçirilən mətbuat konfransında matçı şərh edib:
“Qarabağ”ı Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edirəm. Üçüncü oyunumuzdur ki, oynayırıq. Hər görüşdən sonra öz oyunumuzu təhlil edirik, daha da yaxşı olmağa çalışırıq. Yevlaxdan gələrək, bizə dəstək olan azarkeşlərə də təşəkkür edirəm. Bizi tək qoymurlar. “Qarabağ”ın çox güclü olması hamıya bəllidir. Döyüşkən mübarizə apardıq. Birinci hissədə də iki qol imkanımız var idi. İkinci hissədə isə “Qarabağ” 2-ci qolu vurdu, qalib gəldi. “Qarabağ”a çempionatda və ÇL-də uğurlar arzulayıram”.