AZ

Yan Oblak: “Günah bizimdir”

“Atletiko Madrid” klubu La Liqada mövsümə uğursuz başlayıb.

90deqiqe.Az-ın "derbyderbyderby.it"ə istinadən məlumatına görə, "matrasçılar"ın qapıçısı Yan Oblak vəziyyətdən narazılığını gizlətməyib:

“Yenidən qalib gələ bilmədik. Burada deyəcək çox şey yoxdur. Turnir cədvəlində iki xalımız var – bu, xoşagələn hal deyil. Baş verənlər bizim günahımızdır. Pis oynayırıq”

Komanda ilk üç turda hələ qələbə qazana bilməyib – bir məğlubiyyət və iki heç-heçə ilə kifayətlənib. La Liqanın növbəti turunda “Atletiko” “Vilyarreal”la qarşılaşacaq.

Qeyd edək ki, Madrid təmsilçisi son dəfə İspaniya çempionu titulunu dörd il əvvəl – 2021-ci ildə qazanıb.

Seçilən
138
90deqiqe.az

1Mənbələr