AZ

Mahir oynamadı, komandası qələbə qazandı

Almaniya II Bundesliqasında 4-cü turun son oyunları keçirilib.

News24.az Teleqraf-a istinadən xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” doğma meydanda “Darmştadt”la qarşılaşıb.

Emrelinin komandası bu oyundan 3:1 hesablı qələbə ilə ayrılıb.

Mahir Emreli zədəlo olduğu üçün görüşü buraxıb.

Qeyd edək ki, “Kayzerslautern” 6 xalla 9-cu pillədə qərarlaşıb.

Seçilən
132
1
news24.az

2Mənbələr