Əməkdar həkim Cabir Məmmədov vəfat edib.
Publika.az xəbər verir ki, tanınmış ürək həkimi 75 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Məmmədov Cabir İsrafil oğlu 1950-ci ildə anadan olub. O, 1984-ci ildə əmək fəaliyyətinə başlayıb.
1988-ci ildə Moskvada keçirilən Həkimlərin Ümumittifaq Qurultayında Azərbaycanı təmsil edib, Ali ixtisas dərəcəsi alıb, "SSRİ səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib.