AZ

Azərbaycan səhiyyəsinə ağır itki - FOTO

Əməkdar həkim, uzun illər Quba Rayon Mərkəzi Xəstəxanasının Ümumi Terapiya Şöbəsinin müdiri vəzifəsində çalışmış Məmmədov Cabir İsrafil oğlu vəfat edib.

Milli.Az unikal-a istinadən xəbər verir ki, 75 yaşlı həkim aprel ayından süni nəfəs aparatına qoşulub. O, şəkər xəstəliyi və xroniki böyrək çatışmazlığından əziyyət çəkib.

Cabir Məmmədov 12 iyun 1950-ci ildə Quba rayonunda anadan olub. 50 ildən çoxdur həkimlik edən C.Məmmədov 2013-cü ildə Prezident İlham Əliyevin sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib, 2018-cü ildə Prezidentin Sərəncamına əsasən "Əməkdar həkim" fəxri adına layiq görülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
84
1
milli.az

2Mənbələr