1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Müğənni Nadir Qafarzadə bir neçə gün əvvəl Moskva hava limanında saxlanılması barədə danışıb.
Oxu.Az xəbər verir ki, müğənni bu barədə "Instagram" hesabında paylaşım edib:
"Hazırda Moskva şəhərindəyəm, axşam isə Bakıya uçacağam. Rusiyaya gələndə hava limanında 3 saat saxlanılmışdım. Amma təkcə mən deyil, orada qeyri-Rusiya vətəndaşlarının hamısı saxlanılmışdı.
Qeyd edim ki, Rusiyada hava limanında saxlanılma yalnız azərbaycanlılarla bağlı deyil. Əgər sən Rusiya vətəndaşı deyilsənsə, yoxlanılırsan.
Barmaq izi yoxlanışı, sorğu-sual. Müharibə şəraitində yaşayan ölkədə belə də olmalıdır. Gəldiyin ölkənin qayda-qanununa əməl etməlisən. Xoşuna gəlmirsə, gəlmə, heç kim səni buna məcbur etmir".