BAKI, 31 avqust. TELEQRAF
Azərbaycan Premyer Liqasının III turuna yekun vurulub.
Teleqraf xəbər verir ki, turun son görüşündə “Sabah” “Bank Respublika Arena”da “İmişli”ni qəbul edib - 0:1.
Baş hakim Fərid Hacıyevin idarə etdiyi qarşılaşmada yeganə qolu 67-ci dəqiqədə qonaqların oyunçusu Abbas Ağazadə vurub.
Bu nəticədən sonra Xorxe Kaskilyanın rəhbərlik etdiyi kollektiv xal ehtiyatını 4-ə çatdırıb. Valdas Dambrauskasın komandasının aktivində isə 3 xalı var.
Xatırladaq ki, daha öncə keçirilmiş “Sumqayıt” – “Şamaxı” matçında qalib müəyyənləşməyib – 1:1. “Neftçi” “Turan Tovuz”a 0:1 hesabıyla uduzubsa, “Zirə” “Kəpəz”i 5:0, “Araz-Naxçıvan” “Qəbələ”ni 2:1, “Qarabağ” “Karvan-Yevlax”ı 2:0 hesabıyla üstələyib.