"Formula 1" üzrə Niderland Qran-prisi başa çatıb və yarışı "Maklaren" komandasının pilotu Oskar Piastri qələbə ilə yekunlaşdırıb.
Onun ardınca "Red Bull" komandasının sürücüsü Maks Ferstappen ikinci, "Racing Bulls" təmsilçisi İsak Hadyar isə üçüncü pillədə qərarlaşıb.
Xatırladaq ki, növbəti mərhələ – Azərbaycan Qran-prisi 19-21 sentyabr tarixlərində Bakıda keçiriləcək.