AZ

“Həmlə sərt idi, amma başqa şansım yox idi”

“Ferrari” pilotu Şarl Lekler Niderland Qran-prisi zamanı “Mercedes” sürücüsü Corc Rassellə sərt mübarizəsini şərh edib.

90deqiqe.Az xəbər verir ki, "Motorsport Week" 27 yaşlı pilotun dediklərini belə çatdırıb.

“Bu, aqressiv hücum idi, amma biz çempionatda – xüsusilə də Konstruktorlar Kubokunda yerlər uğrunda mübarizə aparırıq. Açığı, şəxsi birincilikdə vəziyyət məni çox maraqlandırmır. Ona görə də həmişə eyni dərəcədə aqressiv davranacağam. Həmlə limitdə idi, amma bilirdim ki, çox şansım olmayacaq. Rassell iç tərəfdən müdafiə olunurdu, mən isə xaricdən hücuma keçdim. Düşünmürəm ki, o, bunu gözləyirdi, ona görə də döngəni elə keçdi ki, sanki mən ümumiyyətlə orada deyildim. Nəticədə toqquşma baş verdi.

Hakimlərin nəyi araşdırdıqlarını və nə gözlədiklərini bilmirəm. Onlarla görüşəcəyəm, sonra görəcəyik. Qərarların yarış ərzində verilməsi daha yaxşıdır, amma başa düşürəm ki, bəzən vəziyyət tam aydın olmur”

Seçilən
66
90deqiqe.az

1Mənbələr