AZ

Ağdaş-Qəbələ avtomobil yolunda ölümlə nəticələnən yol qəzası baş verib

Ağdaş-Qəbələ avtomobil yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsinin sürücüsü, 34 yaşlı Polad Ağababayev xəsarət alıb, sərnişin qismində olan oğlu, 11 yaşlı Z.Ağababayev isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-ın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seçilən
53
4
yeniazerbaycan.com

6Mənbələr