AZ

KƏRAMƏT SAHİBLƏRİ EHSAN VERİLMƏSİNƏ QARŞI ÇIXMAYIBLAR


Hərgün mətbuatdan eşidirik ki, rayonların dini şuraları yas məclisində ehsan verilməsini qadağan edən qərarlar verirlər... İzləyicilərim məndən bu qərarlara münasibət bildirməyimi xahiş edirlər. Bunu nəzərə alıb, rastlaşdığım bir əhvalatı diqqətinizə çatdırmaq istəyirəm.

İllər öncə Ucar rayonunun Alpout kəndində məşhur kəramət sahibi, Allah dostuSeyidağa Babanın məzarını ziyarətə getmişdim (ona Allahın salamı olsun!).Oradamaraqlı bir əhvalatla qarşılaşdım.
Seyidin qardaşı oğlu söhbət elədi ki, atam (Seyidağa babadan fərqli olaraq qardaşında kəramət olmamışdır - müəllif) yaşadığı dövrdə daim yas məclisində ehsan verilməsinin əleyhinə təbliğat aparırdı...Bir gün atam özü rəhmətə getdi. Bizdə adət idi ki, 3 və 7-ci günləri heyvan kəsilib, yemək bişirilərdi. Atamın ölümünün ikinci günü idi. Sabaha hazırlıq görmək lazım idi. Həyətdə çoxlu heyvanlarımızolsa da,mən onları kəsməyə cəsarət etmirdim. Birincisi,camaatın qınağından qorxurdum ki, deyəcəklər bu kişi özü ehsanın əleyhinə təbliğat aparırdı; indi niyə ehsan verirsən? İkincisi, qorxurdum ki, ehsan verəm, atamın ruhu narahat ola ki, düz eləmirsən, belə olmaz! Qalmışdım iki daşın arasında – qırıla-qırıla. Bu minvalla, sabaha(üçə) heç bir hazırlıq görmədən, fikirli halda yatdım. Gecə atam yuxuma gəldi. Gördüm ki, həyətdə əlini üzümə söykəyib oturmuşam, atamdedi ay oğul, niyə fikirlisən? Dedim ay ata, sabah sənin üçündü, istəyirəm heyvan kəsəm, ehsan verəm, amma qorxuram sən razı olmayasan? Dedi: "Bala, narahat olma, ehsan versən yaxşıdır". Səhər tezdən durub, heyvankəsdim və camaat kimi,mən də ehsan verdim…

Bu əhvalatı yazmaqda məqsədim hazırda cəmiyyətdə ehsan barədə gedən müzakirələrə və qadağalara (ruhların mövqeyindən) münasibət bildirməkdir.

Kəramətli adamların həyatını araşdıran bir tədqiqatçı kimi ("Övliyalar ensiklopediyası"nın müəllifiyəm) deyə bilərəm ki, Allah dostları heç vaxt yas məclisindəehsan verməyin əleyhinə getməyiblər. Əksinə, həm özləri yaşadıqları dövrdə valideynləri üçün ehsan veriblər, həm də ölərkən övladlarına onlar üçünehsan verilməsini tövsiyə ediblər. Çünki, ölən şəxs özündən sonraya var-dövlət qoyub gedibsə, gözü arxada (həmin var-dövlətdə) qalır. Kasıb adamdan heç nə qalmadığından, arxada gözü (nəfsi) də qalmır.
Bütün hallarda ehsan süfrəsiadi günlərdə açılan süfrədən fərqlənməməli və onu açanın imkanı daxilindəolmalıdır.

Bilməliyik ki, ehsan (yaxşılıq) təkcə yemək bişirməkdən ibarət deyildir. Bunun başqa yolları da var. Məsələn, ölənin əkdiyi ağaclar bar verərkən onun meyvəsindən bir qab qonşuya verib, filankəsin ehsanıdır demək olar. Yaxud, ölən şəxsin adına meyvə ağacı əkib, hər il onun meyvəsindən kasıblara paylayıb mərhuma rəhmət qazandırmaq mümkündür.Bu cür ehsanlar Allah dərgahındasözsüz qəbul olunur və ruh şad olur.
Ona görə də bu mövzuda mübahisə etməyi,dartışmağı, kimsəsə nəyisə qadağan etməyi yersiz sayıram.

Ehsan (yaxşılıq) da bir növHəcc mərasimi kimi ancaqimkanlı adamlara vacibdir. İmkansız adamların yaz məclisində yemək ehsan etməsi vacib sayılmır.

Onu da qeyd edimki, müasir insanlar öz həyatlarında, yaşam tərzlərində hər gün sonsuz sayda günahlar qazanırlar. Savab əməlləri isə,demək olar ki, barmaqla sayılacaq qədər azdır. Onlarınazsaylı savablarından biriyas məclisində ehsanverməkdir (ola bilsin qonaqlardan kasıb, imkansız adamlar o ehsandan yeyər və "ovsanata keçər").

Rayonların "dini şura"larıehsanı (yaxşılığı) qadağanetmək əvəzinə, insanların hər gün kütləvi şəkildə etdikləri günahları (yalan danışmağı, biri-birini aldatmağı, tərəzidə vurmağı, zina etməyi, qadınların küçədə yarıçılpaq gəzməyini, yalandan üzə durmağı, rüşvəti,kütləvi şəkildə insanları şərləməyi...) qadağan edən qərarlar qəbul etmələri, yaxud, bu cür pisliklərdən çəkindirmək üçün xalqa müraciət etmələri daha doğru olmazdımı?!Niyə ancaq savab qazanmağa mane olursunuz? İnsanların qazandığı savabların sayı o qədər çoxdurmu ki, birinə də siz mane olursunuz?!

"İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir". Quran, 3:104

Allahbütün ehsanları (yaxşılıqları) qəbul eləsin! Amin.

Paşa Yaqub ,
Həkim, elmi-lədun bilicisi

Seçilən
33
baki-xeber.com

1Mənbələr