Ajans.az xəbər verir ki, o, təəssüratlarını "Variety" jurnalına müsahibəsində paylaşıb. C.Lo bildirib ki, Rusiya Prezidenti roluna çəkilməsinin "fəsadlarından" qorxmayıb. Aktyor deyib: "Özümü rejissorun ixtiyarına verdim. Ssenari də mənə əminlik verdi, bilirdim ki, bu hekayə maraq doğuracaq... Biz mübahisə xatirinə mübahisə axtarmırdıq".
Qeyd edək ki, avqustun 31-də Venesiya kinofestivalında rejissor Olivye Assaysın "Kreml sehrbazı" filminin premyerası olub.