AZ

Rusiyalı qadın yeni doğulan körpəsini tualetdə BOĞMAQ İSTƏDİ

Moskva şəhərində bir qadın oğlan uşağı dünyaya gətirib və onu unitaza ataraq oranı tərk edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin paytaxt üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisənin 2025-ci il avqustun 30-dək Tepli Stan küçəsindəki mənzildə baş verdiyi bildirilir.

Məlumata görə, qadın doğuşdan sonra körpəni su ilə dolu unitaza atıb.

Qadın cinayət hadisəsini sona çatdıra bilməyib, çünki onun birlikdə yaşadığı şəxs təcili yardım çağırıb. Körpə dərhal şəhər xəstəxanasına aparılıb.

Seçilən
38
publika.az

1Mənbələr