AZ

Az qala ölürmüş: Dostu gəlib görüb ki…

Məşhur rusiyalı MMA döyüşçüsü Aleksandr Yemelyanenko alkoqol asılılığı ilə bağlı sualı cavablandırıb.

Publika.az xəbər verir ki, Aleksandr bu barədə Stanislav Rozhenkovun YouTube kanalında danışıb.

“Asılılıqdan qurtulmaq istərdimmi? Çox istərdim ki, ondan qurtulum. Ötən gün az qala öləcəkdim. Yaxşı, bir dostum gəlib məni xilas etdi. Yatmışdım, ölürdüm, ağzım köpüklənirdi. Məni çıxartdılar, masaj etdilər, özümə gəldim. İndi buradayam. Mənim belə dostum var”, – Aleksandr deyib.

Seçilən
57
publika.az

1Mənbələr