Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəGoranboy rayonunun Balakürd kəndi ərazisində yol-nəqliyyatqəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdəqalması barədə məlumat daxil olub.
Trend xəbər verirki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət YanğındanMühafizə Xidmətinin Goranboy rayon Yanğından Mühafizə Hissəsininyanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyənolunub ki, “Mercedes” və “VAZ 2107” markalı iki minik avtomobilinintoqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və ikinəfər deformasiyaya uğramış “Mercedes” markalı avtomobildə sıxılıvəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi iləavtomobildə sıxılı vəziyyətdə qalan vətəndaşları xilas edərəktəcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqataparılır.