"McLaren" komandasının avstraliyalı pilotu Oskar Piastri "Formula-1" üzrə dünya çempionatının 15-ci raundu sayılan Niderland Qran-prisində qalib gəlib.
Avtosfer.az xəbər verir ki, yarış Zandvoort dairəsində keçirilib.
İkinci yeri "Red Bull" pilotu və Niderland təmsilçisi Maks Ferstappen tutub.
İlk üçlüyü "Formula-1"də debüt mövsümündə ilk dəfə podiuma yüksələn "Racing Bulls" komandasının fransalı pilotu İsak Hacar tamamlayıb.
Növbəti tur sentyabrın 5-dən 7-dək İtaliyanın Monza şəhərində keçiriləcək.