Məşhur aktyor Cud Lou, Olivye Assayasın siyasi trilleri olan “Kreml Sehrbazı” filmində Rusiya lideri Vladimir Putini canlandırmaqdan çəkinmədiyini bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə "Variety" jurnalına müsahibəsində danışıb.
Loudeyib ki, bu rolu oynamaqdan qorxmayıb və rejissorun yanaşmasına güvənib. Onun sözlərinə görə, film sadəcə qalmaqal yaratmaq üçün çəkilməyib, daha geniş bir hekayənin bir hissəsidir.
Film Culiano da Empolinin eyni adlı bestseller romanı əsasında çəkilib. Hekayə Putinin hakimiyyətə gəlişini və onun siyasi məsləhətçisi Vadim Baranovla münasibətini təsvir edir. Baranov real şəxs olmasa da, Vladislav Surkovdan ilhamlanıb.
Lou xarici görünüşünü dəyişsə də, rus aksenti istifadə etməyib və öz səsi ilə gənc Putini canlandırmağa üstünlük verib.
Pol Deyno isə canlandırdığı Vadim Baranov obrazınının daxili dünyasını araşdırmağa çalışıb və onun “sadəcə pis” kimi etiketlənməsinin doğru olmadığını bildirib.