AZ

Goranboyda yol qəzası olub, xəsarət alanlar var

Bakı, 31 avqust, AZƏRTAC

Goranboy rayonunda yol-nəqliyyat qəzasının baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Hadisə Balakürd kəndində qeydə alınıb. Qəza yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Müəyyən olunub ki, “Mercedes” və VAZ 2107 markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və iki nəfər deformasiyaya uğramış “Mercedes” markalı avtomobildə sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaşları xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Seçilən
64
6
azertag.az

7Mənbələr