Ukraynanın Lvov şəhərində Vladimir Velıkıy küçəsində axşam saatlarında silahlı atışma baş verib. Hücum edən şəxs hazırda saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Lvov şəhər şurasının deputatı İqor Zinkeviç məlumat yayıb.
Deputat bildirib ki, iki nəfər üçüncü şəxsin arxasınca qaçarkən o, silahını çıxarıb atəş açıb.
"Sonra o, McDonald's-a tərəf qaçıb və yenidən atəş açıb. Onun arxasınca qaçan şəxslər polisi çağırıblar. Hadisə yerində polis dəstəsi və çoxlu sayda təcili yardım maşınları gəlib", - Zinkeviç bildirib.
Qeyd edək ki, ötən gün Lvovda Ukrayna Ali Radasının keçmiş spikeri Andrey Parubiy güllələnmişdi.