İndoneziyadaa parlament üzvləriin və əməkdaşlarının maaşlarının artımı ölkədə etiraz dalğası yaradıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nəticədə etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma şiddətlənb.
İndoneziya prezidentinin sözçüsü Prasetyo Hadi dövlət başçısının səfərinin təxirə salınması ilə bağlı xəbəri təsdiqləyib. O bildirib ki, Subianto belə bir zamanda ölkəni tərk edə bilməzdi: "O, ölkə daxilindəki etirazlara nəzərət etmək məqsədiylə İndoneziyada qalmağı məqsədəuyğun sayıb. Vəziyyətlə bağlı Çin hökumətinin dəvətinə qatıla bilmədiyi üçün üzrxahlıq olunub".
İndoneziya prezidenti Subianto 21 yaşlı gəncin ölümündə polisi təqsirli sayıb: "Təəssüf ki, vəzifəsini yerinə yetirən polis əməkdaşları səlahiyyətini aşan hərəkətə yol verib. Məsələ araşdırlır, günahkarlar araşdırmanın nəticəsinə uyğun olaraq cəzalandırılacaq".
Məlumata görə, həmin hadisəyə görə 7 polis əməkdaşı saxlanılıb: "Buna baxmayaraq, aksiyalar paytaxt Cakarta ilə yanaşı, Yoqyakarta, Bandunq, Semaranq, Surabaya və Medan şəhərlərinə də yayılıb".
Samir MUSAYEV
MİA.AZ