Madridin "Atletiko" klubu yaxın vaxtlarda "Yuventus"un hücumçusu Niko Qonsalesin keçidini rəsmən açıqlayacaq.
90deqiqe.Az xəbər verir ki, 27 yaşlı forvard Madrid təmsilçisinə icarə əsasında qoşulacaq. Müqavilədə 33 milyon avro məbləğində məcburi satınalma bəndi də nəzərdə tutulub – bu şərt argentinalının müəyyən sayda oyun keçirdiyi halda aktivləşəcək.
Qonsales "Yuventus"un heyətində 40 rəsmi oyuna çıxaraq 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.