AZ

İremin bu görüntüləri sevənlərini üzdü

Məşhur aktrisa İrem Helvacıoğlu, keçirdiyi qəza ilə bağlı ilk dəfə danışıb. 8 aylıq hamilə olan Helvacıoğlu, dənizdə üzərkən üzərinə bir uşağın düşməsi nəticəsində boynundan xəsarət alıb. Xəstəxanaya aparılan aktrisanın həyati təhlükəsi olmasa da, boyunluq taxmaq məcburiyyətində qalıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Helvacıoğlu, həmkarları Ezgi Şenler və Ömer Gürgenin toyuna boyunluqla qatılaraq, səhhəti ilə bağlı açıqlama verib. Aktrisa vəziyyətinin düşündüyündən daha ciddi olduğunu etiraf edərək deyib:

"Əslində zədəm yalnız boynumla məhdudlaşmamışdı. Uzun müddət işarə barmaqlarımı heç tərpədə bilmirdim. İndi-indi hərəkət etdirə bilirəm."

Ulduz aktrisa, sağlamlıq vəziyyəti yaxşılaşdıqca işə qayıtmaq istədiyini vurğulayıb:
"Çəkilişlərdən ötrü çox darıxmışam. Körpəmi sağlam şəkildə qucağıma alım, mən də sağalım, dərhal işə başlamaq istəyirəm."

Seçilən
32
publika.az

1Mənbələr