AZ

Husilər Yəməndə BMT-nin 11 əməkdaşını saxladı

BAKI, 1 sentyabr. TELEQRAF

Husilər hərəkatının nümayəndələri Yəməndə BMT-nin 11 əməkdaşını saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə BMT baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq məlumat verib.

Qrundberq bildirib: "Mən Yəmən və Sənada BMT əməkdaşlarının qanunsuz həbslərinin yeni dalğasını, həmçinin husilərin BMT binalarına zorla daxil edilməsini və əmlaklarının müsadirə edilməsini qətiyyətlə pisləyirəm. BMT-nin bütün işçilərinin, habelə yerli və beynəlxalq QHT-lərin, vətəndaş cəmiyyəti təşkilatlarının və diplomatik missiyaların işçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirik”.

Seçilən
49
teleqraf.com

1Mənbələr