BAKI, 1 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın keçmiş vəkili və Nyu-York şəhərinin sabiq meri Rudi Culiani Nyu-Qempşirdə avtomobil qəzasına düşərək, xəstəxanaya aparılıb.
Teleqraf xəbər verir ki, bu barədə sabiq merin mühafizəçisi Maykl Raqusa bildirib.
Raqusa deyib: "30 avqust 2025-ci il axşam saatlarında Nyu-Qempşirdə Culiani yol qəzasına düşüb. Onun idarə etdiyi avtomobil magistral yolda arxadan vurulub. O, yaxınlıqdakı təcili yardım otağına aparılıb. Ona döş fəqərələrinin sınığı, bir neçə kəsik və qançır, sol qolunda və aşağı ayağında xəsarətlər diaqnozu qoyulub".
Xəsarətlərinə baxmayaraq, 81 yaşlı Culianinin həyati təhlükəsinin olmadığı bildirilir.