İngiltərə sentyabrda Fələstini rəsmən tanımaq niyyətindədir...
Poliqon xəbər verir ki, bu barədə Guardian qəzeti adı açıqlanmayan mənbəyə istinadən yazıb.
Mənbənin sözlərinə görə, İsrail hakimiyyəti Londonun şərtlərini yerinə yetirməyə hazır olduqlarına dair əlamətlər göstərmir. Bu baxımdan Böyük Britaniyanın sentyabrda Fələstini tanıması ehtimalı yüksəkdir. Bu mövqeyin sentyabrın 1-də Böyük Britaniyanın xarici işlər naziri Devid Lamminin İcmalar Palatasında çıxışı zamanı təsdiqlənəcəyi gözlənilir.
Avqustun 21-də məlum olub ki, Böyük Britaniya İsrailin İordan çayının qərb sahilində yeni yəhudi məskənləri salmaq niyyətini pisləyib.
Poliqon.info