Türkiyə Super Liqasında 4-cü tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son gündə 4 oyun baş tutub.
“Başakşəhər” – “Eyüpspor” və “Trabzonspor” – “Samsunspor” matçlarında qalib müəyyənləşməyib. “Gənclərbirliyi”nin qonağı olan “Fənərbağça” qalib gəlibsə, “Beşiktaş” “Alanyaspor”a uduzub.
Hazırda “Qalatasaray” 12 xalla vahid liderdir. “Trabzonspor” 10 xalla ikinci, “Göztəpə” 8 xalla üçüncüdür.
Türkiyə Super Liqası
4-cü tur
29 avqust
Göztəpə – Konyaspor 1:1
Qollar: Dennis, 50 – T.Taşçı, 85.
30 avqust
Kasımpaşa – Qaziantep 2:3
Qollar: Qeye, 70. Hayradinoviç, 87-pen – M.Kabasakal, 13. Lunqoyi, 30. A.Kızıldağ, 74.
Kocaelispor – Kayserispor 1:1
Qollar: Petkoviç, 90+5 – Benes, 90.
Antalyaspor – Karagümrük 1:2
Qollar: G.Vural, 11 – A.Çinar, 42. D.Conson, 90+4.
Qalatasaray – Rizəspor 3:1
Qollar: D.Sançes, 20. Osimhen, 65. İkardi, 90+2 – Vareşanoviç, 73.
31 avqust
Başakşəhər – Eyüpspor 0:0
Gənclərbirliyi – Fənərbağça 1:3
Qollar: Qutas, 64 – P.Pereyra, 14-öz qapısına. En Nesiri, 35; 40.
Alanyaspor – Beşiktaş 2:0
Qollar: İ.Kaya, 45+5-pen. G.Yalçın, 76.
Trabzonspor – Samsunspor 1:1
Qollar: Onuaçu, 16 – Marius, 88.