Əsas hidrotexniki qurğulara bəndlər, dambalar, su qəbulu və verilişi qurğuları daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hidrotexniki qurğular. Əsas müddəalar”-da əksini tapıb.
İkinci dərəcəli qurğulara isə balıq mühafizə qurğuları, liman sahilbərkitmələri və kəhrizlər aiddir. Dağılma zamanı ikinci dərəcəli qurğular əsas qurğulara aid edilə bilər. Bu təsnifat təhlükəsizlik və layihələndirməni asanlaşdırır.