Yəmənin “Ənsar Allah” hərəkatının nümayəndələri BMT-nin 11 əməkdaşını saxlayıblar.
APA xəbər verir ki, bunu BMT baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq deyib.
"Mən Yəmən və Sənada BMT əməkdaşlarının qanunsuz həbslərinin yeni dalğasını, həmçinin BMT binalarına zorla girişi və əmlakının müsadirə edilməsini qətiyyətlə pisləyirəm. Ən azı 11 əməkdaş saxlanılıb. Onlardan əlavə, BMT-nin daha 23 əməkdaşı həbsdə saxlanılır, onlardan bəziləri 2021-ci ildən 2023-cü ildən həbsdədir. Bu il bir əməkdaşımız həbsdə öldü”, - o bildirib.
Diplomat husilərdən bütün BMT əməkdaşlarını, həmçinin yerli və beynəlxalq QHT-lərin, vətəndaş cəmiyyəti təşkilatlarının və diplomatik missiyaların əməkdaşlarını dərhal və qeyd-şərtsiz azad etmələrini tələb edib.