BAKI, 1 sentyabr. TELEQRAF
Bir neçə Avropa ölkəsinin liderləri Ukraynanın təhlükəsizlik təminatını müzakirə etmək üçün sentyabrın 4-də Parisdə görüşəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə “The Financial Times” nəşri məlumat yayıb.
Məlumata görə, liderlərin Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə Parisdə görüşəcəyi gözlənilir.
Bildirilir ki, görüşdə yüksək səviyyəli danışıqlar davam etdiriləcək.
Parisə Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, NATO-nun baş katibi Mark Rutte və Avropa Komissiyasının sədri Ursula fon der Leyeninin gələcəyi bildirilir.