AZ

Andrey Parubinin qətlində şübhəli bilinən şəxs saxlanıldı

BAKI, 1 sentyabr. TELEQRAF

“Hüquq-mühafizə orqanlarının əməkdaşları Ukrayna Ali Radasının keçmiş sədri Andrey Parubiyin qətlində şübhəli bilinən şəxsi saxlayıb. Zəruri istintaq hərəkətləri davam etdirilir”.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezident Volodimir Zelenski Telegram kanalında məlumat verib.

Ukrayna lideri bildirib: "Ukraynanın daxili işlər naziri İqor Klimenko və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk Andrey Parubiyin qətlində şübhəli bilinən şəxsin saxlanılması barədə məlumat veriblər".

İqor Klimenko şübhə şəxsin Xmelnitski vilayətində saxlanıldığını bildirib: “Əməliyyata onlarla polis, həmçinin Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları cəlb olunub. Hələlik təfərrüatlar çox olmayacaq. Sadəcə onu deyim ki, cinayət diqqətlə hazırlanıb: mərhumun hərəkət qrafiki öyrənilib, marşrut tərtib edilib, qaçış planı düşünülüb".

O qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisədən sonra 24 saat ərzində qatilin izinə düşüb, 36 saat sonra isə onu saxlayıblar.

Yada salaq ki, avqustun 30-da Lvovda naməlum şəxs Andriy Parubiyi güllələyib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hücum edən şəxs təxminən 8 dəfə atəş açıb. Təcili yardım gələnə qədər deputat hadisə yerində dünyasını dəyişib.

Seçilən
67
teleqraf.com

1Mənbələr