BAKI, 1 sentyabr. TELEQRAF
Avropa İttifaqı (Aİ) ölkələri öz hərbi kontingentlərini Ukraynaya göndərmək üçün kifayət qədər konkret planlar hazırlayırlar.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində Avropa Komissiyasının sədri Ursula fon der Leyen məlumat verib.
Onun sözlərinə görə, Aİ qoşunları münaqişədən sonrakı təhlükəsizlik zəmanətlərinin bir hissəsi kimi potensial olaraq Ukraynaya yerləşdirilə bilər: “Aİ-nin aydın yol xəritəsi var və bununla bağlı Vaşinqtonda razılıq əldə olunub. ABŞ Prezidenti Donald Tramp dəfələrlə Aİ qoşunlarının Ukraynaya mümkün yerləşdirilməsini dəstəklədiyini bildirib”.