Bakı. Trend:
Sentyabrın 4-də Parisdə ABŞ Prezidenti Donald Tramp, UkraynaPrezidenti Volodimir Zelenski və Avropa liderləri arasında görüşbaş tutacaq.
Trend xəbər verirki, bu barədə "The Financial Times" məlumat yayıb.
Görüş Fransa Prezidenti Emmanuel Makronun dəvəti iləkeçiriləcək. Tədbirdə həmçinin Almaniya Kansleri Fridrix Merts,Böyük Britaniyanın Baş naziri Kir Starmer, NATO Baş katibi MarkRütte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iştirakedəcəklər.
Yelisey Sarayı hələlik bu məlumatı şərh etməyib.
Qeyd edək ki, adları çəkilən siyasətçilərin hamısı avqustun18-də Ağ Evdə keçirilən sammitdə iştirak ediblər. Həmin sammitdəUkrayna üçün təhlükəsizlik təminatları və digər məsələlər müzakirəolunub.