BAKI, 1 sentyabr. TELEQRAF
“Liverpul”un yunan müdafiəçisi Konstantinos Tsimikas icarə əsasında İtaliyanın "Roma" klubuna keçib.
Teleqraf xəbər verir ki, 29 yaşlı futbolçunun icarə müqaviləsi 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulub. Tsimikas “Roma”nın heyətində 12 nömrəli formanı geyəcək.
Ötən mövsüm yunan müdafiəçi bütün yarışlarda 29 oyun keçirib, iki məhsuldar ötürmə edib. Futbolçunun “Liverpul”la hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Tsimikas əvvəllər Yunanıstanın “Olimpiakos” və Hollandiyanın “Villem II” klublarında çıxış edib.