AZ

Londonda immiqrasiya əleyhinə keçirilən nümayişdə 4 nəfəri həbs edilib

Britaniya polisi Londonda immiqrasiya əleyhinə keçirilən nümayişdə 4 nəfəri həbs edib...

Poliqon xəbər verir ki, bu barədə Guardian qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, aksiya dinc xarakter daşıyıb, lakin sonra polis bir qrup maskalı şəxsin aqressiv davranışını görüb və onun dörd fəal iştirakçısını həbs edib. Həbs zamanı polis əməkdaşlarından birinin üzünə yumruq zərbələri endirilib.

Məlumata görə, Londonun şərqindəki Canary Wharf biznes rayonunda keçirilən aksiyada 50-100 nəfər iştirak edib.

Poliqon.info

Seçilən
6
2
poliqon.info

3Mənbələr