AZ

Arda Turan “Şaxtyor”un iki oyunçusunun klubdan ayrılmasına münasibət bildirdi

BAKI, 1 sentyabr. TELEQRAF

“Şaxtyor”un baş məşqçisi Arda Turan iki futbolçunun - yarımmüdafiəçilər Georgi Sudakov və Kevin Masedonun klubu tərk etməsinə münasibət bildirib.

Teleqraf xəbər verir ki, türkiyəli mütəxəssis “Futbol 360” verilişində maraqlı açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

Arda Turan bildirib: "Kevin və Sudakova bizim böyük strategiyamızın bir hissəsidir. Perspektivli və istedadlı oyunçular yüksək səviyyəli çempionatlarda oynamaq istəyirlər. Bu, normal haldır. Onların seçimlərinə hörmət edirəm. Zaman keçdikcə özünü sübut edəcək gənc futbolçularımız daha çox olacaq. Sevinirəm ki, Sudakov və Kevin belə fürsət əldə etdilər”.

Qeyd edək ki, Sudakovun “Benfika”ya keçidi baş tutub. Masedonun “Fulhem”ə transferinin isə yaxın günlərdə reallaşacağı gözlənilir.

Seçilən
28
teleqraf.com

1Mənbələr