Rusiyanın Sidneydəki konsulluğunun darvazasına avtomobil çırpılıb, bir polis əməkdaşı yaralanıb, şübhəli şəxs isə həbs edilib.
APA xəbər verir ki, bu haqda “9News” məlumat yayıb.
“Avtomobilini Rusiyanın Sidneydəki Baş Konsulluğunun ərazisinə sürən şəxs saxlanılıb. O, avtomobili ilə darvazalara çırpılıb”, - məlumatda deyilir.
Saxlanılan şəxsin 39 yaşı olduğu bildirilir. Hadisənin motivləri ilə bağlı hələ ki, məlumat verilmir.