AZ

Trampdan nüvə AÇIQLAMASI: "Münasibətləri yaxşı saxlamaq vacibdir"

ABŞ Prezidenti Donald Tramp nüvə gücləri ilə yaxşı münasibətlərin saxlanmasının vacib olduğunu deyib.

Publika.az xəbər verir ki, o, bu barədə "The Daily Caller" portalına müsahibəsində bildirib.

Trampdan xüsusən 600 min çinli tələbənin iki il müddətinə Amerika universitetlərində təhsil almasına icazə verməsinin ABŞ-yə fayda gətirməsi ilə bağlı olması, yoxsa bunun, onun Pekinlə danışıqlarda sadəcə taktika elementi olub-olmadığı soruşulub. ABŞ Prezidenti cavabında Çin Sədri Si Cinpinlə çox yaxşı münasibətə malik olduğunu vurğulayıb.

"Mən bir ölkə rəhbərliyinə tələbələrini qəbul etməyəcəyimizi söyləməyi olduqca təhqiramiz hesab edirəm", - Tramp deyib. O, Çindən gələn tələbələrdən imtinanın sistem üçün zərərli olacağı fikrini ifadə edib.

Seçilən
16
publika.az

1Mənbələr