BAKI, 1 sentyabr. TELEQRAF
Rusiyanın Sidneydəki baş konsulluğunun binasının hasarına avtomobilin çırpılması nəticəsində bir nəfər xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə yerli polisə istinadən “9News” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, hüquq-mühafizə orqanları avtomobilin 39 yaşlı sürücüsünü saxlayıb.
Sürücü saxlanılan zaman 24 yaşlı polis əməkdaşı qolundan xəsarət alıb və təcili tibbi yardım tərəfindən xəstəxanaya aparılıb.