Avropada yayın ən səs-küylü transferi baş tutub.
Offsideplus.az xəbər verir ki, "Nyukasl" və "Liverpul" klubları Aleksandr İsak üçün razılığa gəlib. Mersisayd klubu isveçli hücumçu üçün 130 milyon funt-sterlinq ödəyəcək.
Bu Premyer Liqa tarixinin ən bahalı transferi olacaq.
Bu barədə insayder Fabritsio Romanodan "here we go"lu paylaşım gəlib.
İsak nəhayət, istəyinə çatıb. O, uzun müddətdir yalnız "Liverpul"a qoşulmaq istəyirdi.