AZ

Kamçatkada 24 saat ərzində 15-dən çox afterşok qeydə alınıb

Kamçatkada son 24 saat ərzində 16 yeraltı təkan qeydə alınıb...

Poliqon xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə idarəsinin Telegram kanalında məlumat verilib.

"Son 24 saat ərzində maqnitudası 3,7-5,1 bal arasında dəyişən 16 afterşok baş verib. Rayonun məskunlaşdığı ərazilərdə təkanlar bir dəfə hiss olunub", məlumatda deyilir.

Fövqəladə Hallar Nazirliyi əlavə edib ki, hazırda Kabalnı, Bezımyannı, Şiveluç, Klyuçevskoy, Karımskoy və Kraşeninnikov vulkanlarında aktivlik qeydə alınır. Sakinlərə və rayona gələn qonaqlara onlara yaxınlaşmamaq tövsiyə olunur.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr