BAKI, 1 sentyabr. TELEQRAF
Saxalin vilayətində Böyük Kuril adalarının cənub qrupuna daxil olan İturup adasına helikopter sərt eniş edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional bölməsindən məlumat verilib.
Məlumata görə, hadisə zamanı tələfat və xəsarət alan olmayıb.
Hadisənin baş vermə səbəblərini müəyyən etmək üçün hadisə yerində komissiya işləyir.