
İsveçli ətraf mühit fəalı Qreta Tunberqin başçılıq etdiyi gəmilər blokadanı yarmaq üçün İspaniyadan Qəzza zolağına yola düşüb.
Reyting.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Gəmilər humanitar yardım və göyərtəsində olan fəallarla birlikdə artıq Barselona limanını tərk edib. Onların göyərtəsində Qəzza zolağında əziyyət çəkən insanlar üçün qida, su və dava-dərman var.
Eko-fəallar Qəzzaya təhlükəsiz keçidi və humanitar dəniz dəhlizinin açılmasını tələb edirlər. Hazırda flotiliya 20-yə yaxın gəmidən ibarətdir, lakin səyahətin son mərhələsində onların sayı təxminən 70-ə çata bilər.
E. KAMAL