Bakı. Trend:
Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsinin polisi metropoldanarkotik alverçilərinə qarşı yeddi həftə davam edən genişmiqyaslıxüsusi əməliyyatı yekunlaşdırıb.
Trend xəbər verirki, bu barədə South China Morning Post məlumat yayıb.
Əməliyyat nəticəsində ən kiçiyi 13 yaşında olan 418 nəfərsaxlanılıb. Onlardan 328-i kişi, 90-ı qadındır. Saxlanılanlararasında 11 azyaşlı və 6 qız da var.
Polis ümumilikdə 338 kiloqram müxtəlif növ narkotik vasitəgötürüb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, bəzi alverçilərcüzi mükafat müqabilində gəncləri narkotik satışına cəlb edərəkməsuliyyəti onların üzərinə yükləməyə çalışıblar.