Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri ən qısa zamanda ŞƏT İnkişaf Bankını yaratmalıdır...
Poliqon TASS agentliyinə istinadən xəbər verir ki, bunu Çinin sədri Si Cinpin təşkilatın Tyantszində keçirilən sammiti zamanı deyib.
"Üzv dövlətlər arasında təhlükəsizlik və iqtisadiyyat sahələrində əməkdaşlığa dəstəyi gücləndirmək üçün ən qısa zamanda Şanxay Əməkdaşlıq Təşkilatının İnkişaf Bankını yaratmaq lazımdır", siyasətçi bildirib.
Avqustun 31-dən sentyabrın 1-dək Tyantszin şəhərində ŞƏT sammiti keçirilir. Burada 20-dən çox dövlət başçısı iştirak edir.
Poliqon.info